ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Örl Litzenberger Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Unikal.org xəbər verir ki, səfirliyin "Feysbuk" səhifəsində yayımlanan videoda Litzenberq Azərbaycan dilində “Əziz dostlar” müraciəti ilə təbrikinə başlayıb və ardınca doğma dilində nitqini davam etdirib.

Sonda isə səfir yenə öz dilimizdə “Novruz bayramınız mübarək!” deyərək təbrikini sonlandırıb.