İxracın və İnvestisiyaların Təşviqi Agentliyi İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Unikal.org-un məlumatına görə, Nazirlər Kabineti bununla əlaqədar “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edib.

Qeydedək ki, Prezident İlham Əliyevin 28 dekabr 1018-ci il tarixli fərmanına əsasən iqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu  İxracın və İnvestisiyaların Təşviqi Agentliyi yaradılıb. Agentlik ölkədə ixracın və investisiyaların təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin tərkibində ixraca dəstək məqsədi ilə mərkəzlər yaradılacaq. Agentlikdə Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirən və ictimai əsaslarla fəaliyyət göstərən 9 nəfərdən ibarət Müşahidə Şurası yaradılacaq.  Agentliyin Müşahidə Şurası iqtisadiyyat nazirindən, Azərbaycan Respublikasının xarici işlər, kənd təsərrüfatı və vergilər

nazirlərinin müavinlərindən, Dövlət Gömrük Komitəsi sədrinin müavinindən, Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinindən, Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavinindən, Dövlət Turizm Agentliyi sədrinin müavinindən və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidentindən ibarət tərkibdə formalaşdırılacaq. Agentliyin Müşahidə Şurasının sədri iqtisadiyyat naziridir. Agentliyin fəaliyyətinə cari rəhbərliyi İcraçı direktor həyata keçirəcək. İcraçı direktorun vəzifəyə təyin və vəzifədən azad edilməsini, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, iqtisadiyyat naziri həyata keçirəcək. Agentliyin saxlanılması və fəaliyyətinin təmin edilməsi dövlət büdcəsindən ayırmalar, habelə fəaliyyət istiqamətlərinə uyğun olaraq görülən işlərdən, göstərilən xidmətlərdən əldə edilən daxilolmalar, ianələr, qrantlar və qanunla qadağan olunmayan digər mənbələrdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.