Quba rayonunda avtomobil dərəyə aşıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Quba-Qonaqkənd avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb.

Belə ki, “Jeep” markalı, 90-HX-904 dövlət nömrə nişanlı avtomobilin dərəyə aşması nəticəsində Sumqayıt şəhər sakinləri - 1971- ci il təvəllüdlü Məmmədova Məryəm Gülbala qızı və 1965-ci il təvəllüdlü Məmmədov Barat Abbas oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtomobildə olan digər 3 sərnişin yüngül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.