Ötən gün Tehranda polislərə və əsgərə əl qumbarası atılıb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki,  bunu Tehranın polis rəisi general  Hüseyn Rəhimi deyib.

H. Rəhimi deyib ki, iki motosikletlə hərəkət edən naməlum şəxslər Tehranın Narmək meydanında xidməti vəzifəsini yerinə yetirən polislərə əl qumbarası atıblar. Tehranın cənubunda da postda olan əsgərə əl qumbarası atılıb. Nəticədə iki polis və bir əsgər yaralanıb. Yaralı polislər və əsgər xəstəxanaya yerləşdirilib, durumları stabildir.

Təhlükəsizlik qüvvələri əl qumbarası atan şəxslərin axtarışını həyata keçirir.