Novruz Bayramında Şamaxı rayonuna qar yağıb.

Unikal.org xəbər verir ki, dünən axşam saatlarında başlayan sulu qar yerini qarla əvəzləyib.Hazırda şəhərlə yanaşı dağlıq ərazilərdə də qar yağır. Rayonun dağlıq kəndlərindən olan Pirqulu, Qızlemdan, Pirbəhli və Dəmirçi kəndləri ağ örpəyə bürünüb .Ən çox qar Pirqulu qəsəbəsinə qar yağıb. Burada qarın hündürlüyü 10-12 santimetrə çatır.Qarın yağması nəqliyyatın hərəkətində problem yaratmayıb.