Təbiətin göz oxşayan dəyişikliklərini müşahidə etmək, yazın ətrini duymaq, füsünkar gözəlliklərdən həzz almaq istəyirsinizsə Novruz tətili günlərində milli parklarımıza səyahət edin!

Unikal.org- xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları Milli Parklara dəvət edir.Nazirlik bildirir ki, Milli parklara səyahət etməklə Siz flora və faunanı daha yaxından seyr edə və təbiət obyektləri barədə ətraflı məlumat ala bilərsiniz. 

Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.