Oğuz rayonunda canavar sürüsü 30 baş qoyunu parçalayıb.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Oğuzun Xocalı rayon qaçqınlarının məskunlaşdığı yaşayış məntəqəsində baş verib.

Hadisə rayon sakini Elçin Tağıyevə məxsus təsərrüfatda baş verib. Təsərrüfat sahibi qonşularla birlikdə nə qədər səs-küy salsalar da, canavarlardan 4-ü tövləyə soxulub və 30 baş qoyunu parçalayıb. Qoyunlardan 20-i ölüb,10-u yaralanıb.

Faktla əlaqədar Oğuz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerində dezinfeksiya və profilaktik tədbirlər aparıb.