Göyçay şəhərinin mərkəzində bayram günü faciə yaşanıb. 

Unikal.org xəbər verir ki, hadisə Göyçay şəhərinin Nərimanov küçəsində qeydə alınıb.

Rayon sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən "Oskar" marketin qarşısındakı irigövdəli çinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.

O, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərilib, lakin yolda dünyasını dəyişib.