Novruz bayramı ilə əlaqədar martın 21-də saat 10:00-dan başlayaraq Ağdaş şəhərinin bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında ümumrayon tədbiri keçirilib.

Unikal.org xəbər verir ki, Milli Məclisin deputatı Cavid Osmanov Novruz şənliklərində iştirak edib.

Heydər Əliyev meydanı boyunca gənc rəssamlar, məktəbəqədər, ümumtəhsil, peşə, Dövlət Humanitar Kolleci və mədəniyyət müəssisələrinin  əl işləri, qədim əşyalar, milli mətbəx və xalq sənəti nümunələrinin nümayişi təqdim olunmaqla, gənc idmançıların güləş, karate, boks, şahmat, dama idman növləri, xalq oyunları üzrə nümunəvi çıxışları, “Kəndirbazlar” sirk folklor qrupu və rayonun mədəniyyət kollektivləri, eyni zamanda Habil Əliyev adına uşaq musiqi məktəbinin ansamblının ifasında rəngarəng mahnı və rəqs qrupları tərəfindən xalq rəqslərindən ibarət proqram təqdim edilib.

Novruzun gəlişi münasibətilə Dədə Qorqud qədim ənənəyə uyğun olaraq mərkəzi meydana daxil oldu, bayram tonqalı alovlandırılıb.

Novruzun əsas atributları olan Bahar qız, Keçəl, Kosa və milli geyimdə olan qızlar, oğlanlar və folklor kollektivləri tərəfindən Novruz ovqatı yaradan nümunəvi çıxışlar təqdim edilib.

 Rayon sakinləri və qonaqlara çay, şirniyyat məhsulları, plov, eyni zamanda milli mətbəximizin müxtəlif çeşidli yeməkləri bişirilməklə xidmət göstərilib.

Milli Məclisin deputatı Cavid Osmanov rayon rəhbərliyi ilə birlikdə tədbirin keçirildiyi meydanda əhali ilə görüşərək onlarla səmimi söhbət etdilər, bayram təbriklərini çatdırıblar.