İraqın Mosul şəhərində bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 85-ə çatıb.

Unikal.org-un məlumatına görə, ölənlərin əksəriyyəti üzməyi bacarmayan qadın və uşaqlar olub

KİV-lərin məlumatına görə, bərə Dəclə çayı ilə hərəkət edib. Bərənin qəzaya uğramasına səbəb kimi onun həddindən artıq yüklənməsi qeyd olunur.

18:21

xxx

İraqda Dəclə çayında onlarla turistin olduğu “Əl-Cəzirə” bərəsi batıb.

Unikal.org  “Alhurra” telekanalına istinadən verdiyi məlumata görə, 60 nəfər ölüb, 30 nəfəri xilas etmək mümkün olub.

Hadisə Mosulun əl-Qabat rayonunda baş verib. Sərnişinlərin əksəriyyəti uşaq və qadınlardır. Xilasetmə əməliyyatı davam etdirilir.

Bərənin qəzaya uğramasının səbəbi ilə bağlı iki ehtimal var. Birinci ehtimal bərədə nəzərdə tutulan həddən çox sərnişinin olması, ikinci ehtimal isə Mosul su anbarından Dəclə çayına su buraxılması və çayda suyun səviyyəsinin kəskin artmasıdır.