Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında tezliklə Rusiyaya rəsmi səfər edəcəyinə söz verib.

Unikal.org  xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib. 

“Rusiya- Qazaxıstan arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi istiqamətində sıx əməkdaşlıq və Kasım-Jomart Tokayevin ən yaxın zamanda Rusiya Federasiyasına səfərinin təşkili ilə bağlı razılıq əldə olunub”, - deyə məlumatda qeyd olunub.