Lənkəranda 3 yaşlı uşaq su quyusuna düşüb.

Unikal.org-un ona-ya istinadən verdiyi məlumata görə, hadisə Haftoni qəsəbəsində qeydə alınıb.

2016-cı il təvəllüdlü Əliyeva Zəhra Mail qızı valideynlərinin nəzarətindən yayınaraq, su quyusuna yıxılıb. Köməyə gələn yaxınları onu quyudan çıxararaq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

O, tənəffüs yollarının obstruksiyası diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib. Uşağın həyatı üçün ciddi təhlükənin olmadığı deyilir.