Goranboyda minik maşını yük maşını ilə toqquşub.

Unikal.org-un ona-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında Borsunlu kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə “Ford” markalı minik maşını “Mercedes” markalı yük maşını ilə toqquşub. Qəzadan sonra yanğın baş verib. Yanğın nəticəsində minik maşınında olan sürücü və bir sərnişin köməksiz vəziyyətdə qaldığından dünyasını dəyişib.

Yanaraq ölən şəxslərdən birinin kimliyi müəyyən edilib.

Bu, "Ford" markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Zəminə Məmmədovadır.

Dünyasını dəyişən sərnişinin şəxsiyyəti isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.