Bu gün saat 10:30-dan 14:30-a qədər Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə  elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

Bu barədə Unikal.org-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

O bildirib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik veriliş xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır.

Yaranacaq narahatlığa görə “Azərişıq” abunəçilərdən üzr istəyib.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla, ölkənin 10-dan artıq regionuna “Azərişıq”ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.