Çinin Tzyansu vilayətində yerləşən kimya zavodunun partlayışı zamanı ölənlərin sayı 64-ə çatıb.
Unikal.org TASS-a istinadən xəbər verir ki, 90 nəfərdən artıq insan xəstəxanalarda ağır vəziyyətdədir.
Yançen şəhərinin administrasiyası 28 nəfərin itkin düşməsı haqda məlumat yayıb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.