Yasamalda "Hyundai" və "Lada Priora" toqquşub. 

Unikal.org ONA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Şərifzadə küçəsində baş verib.

Anar Nurəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə “geriyə dönmə qadağandır” nişanının tələbini pozaraq əks yola çıxıb. Bu zaman o, Seymur Ələsgərovun idarə etdiyi "Lada Priora" markalı avtomobillə toqquşub.

Nəticədə avtomobillər deformasiyaya uğrayıb. Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.