Yeni Zelandiyanın Kraysterç şəhərinin terrora məruz qalmış məscidləri yenidən dindarlar üçün açıqdır. 

Unikal.org  TASS-a istinadən xəbər verir ki, polis şəhərdə təhlükəsizliyə nəzarəti azaltmağa qərar verib və yolları açıb.  

Polisin məlumatına görə, Ən-Nur və Linvud məscidləri yenidən müsəlman icmasına verilib.

Hüquq-mühafizə orqanları burada və ölkənin digər məscidlərində təhlükəsizliyə nəzarət edəcəklər.