Öğuz rayonunda bədbəxt hadisə qeydə alınıb. 

Unikal.org-un ona-ya istinadən məlumatına görə, hadisə bu gün Oğuz rayonu Qarabulaq kənd inzibati ərazisində aparılan tikinti sahəsində baş verib. 

Ərizidə fəhlə işləyən, 1969-cu il təvəllüdlü Şirvan şəhər sakini Elçin Aydın oğlu Əliyevin səhəti qəfildən pisləşərək ölüb.

Elçin Əliyevin ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.