Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Unikal.org-a verilən məlumata görə, martın 25-də saat 1 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi “Saz” markalı yük avtomobilinə vurmuşdur. Nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölmüş, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.