Cəlilabad rayonunda kütləvi dava olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, tanışların arasında baş verən mübahisə zəminində Uzuntəpə kənd sakini 1990-ci il təvəllüdlü Abışov İlkin Azər oğlu döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.