Prezident İlham Əliyev "Diqlas" Ticarət Mərkəzində yanğında zərərçəkənlərlə bağlı tapşırıq verib.

Unikal.org xəbər verir ki, bu barədə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov  mərkəzdə yanğından zərər çəkən icarədarların bu gün keçirilən görüşdə deyib.

Görüşdə Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir müavini Hüseyn Mövsümov  bəyan edib ki, yanğın hadisəsi prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti altındadır. O, ölkə başçısının salamlarını zərər çəkən şəxslərə də çatdırıb. 

Hüseyn Mövsümov bildirib ki, ölkə başçısının xüsusi tapşırığı ilə, xüsusi komissiya yaradılacaq:

"Ümumilikdə 181 nəfərə "Diqlas" Ticarət Mərkəzində, 240 nəfər kənar yerlərdə çalışan işçilərə ziyan dəyib.  Kimə ziyan dəyibsə dövlət başçısının tapşırığı ilə hər kəsə kompensasiya ödəniləcək. Hər kəsi bu işdə səbirli olmağa, təxribata uymamağa çağırırıq".