Türkiyənin paytaxtı Ankarada üçmərtəbəli binada yanğın baş verib.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində beş nəfər həlak olub.

Daha 11 nəfərin xəsarət aldığı deyilir.

Qeyd olunur ki, bina yaşayışa yararlı olmayıb. Hazırda yanğının səbəbləri araşdırılır.