Milli Məclisin deputatı, Yeni Azərbaycan Pariyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun növbəti görüşü rayonun Ağcayazı kəndində yaşayan seçicilərlə oldu. 

Unikal.org xəbər verir ki, millət vəkili görüşü giriş nitqilə açaraq son 15 il ərzində ölkdə görülən işlərdən, əldə olunan uğurlardan danışıb. Cavid Osmanov cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının dayandığını və dövlət büdcəsinin də sosialyönümlü büdcə olduğunu qeyd etdi. Son illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən söhbət açan millət vəkili bildirdi ki, bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir ölkədən asılı deyil və iqtisadi müstəqillik bizə imkan verir ki, ölkəmiz cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət apararaq Azərbaycan xalqının maraqlarını hər zaman müdafiə etsin. Ölkəmizdə beynəlxalq layihələrlə yanaşı ölkə daxilində həyata keçirilən sosial, aqrar və sənaye layihələrinin də uğurla icra edildiyi görüş iştirakçılarının diqqətinə çatdıran Cavid Osmanov paytaxt Bakı ilə yanaşı regionlarda da həyata keçirilən çoxsaylı infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işlərinin deyinlərə bariz nümunə olduğunu qeyd etdi. Eyni zamanda Ağdaş rayonunda da irimiqyaslı işlərin getdiyini görüş iştirakçılarının diqqətinə çatdıraraq bu prosesin onların gözü qarşısında yaşandığını vurğulayan millət vəkili bütün bunların ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olduğunu bildirdi.

 Millət vəkili Cavid Osmanov görüşdə həmçinin qeyd etdi ki, müstəqil Azərbaycanın mövcud uğurlu inkaişafını və dünyada artan nüfuzunu gözü götürməyən dairələr vardır ki, onlar da ölkəmizə qarşı qarayaxma kampaniyaları aparmağa çalışırlar. Onlar bu çirkin işlərdə radikal müxalifət nümayəndələri və anti-milli mövqe tutmuş şəxsləri qrantlar müqabilində ələ alaraq onlardan bir alət olaraq istifadə edirlər. Həmin şəxslər sosial şəbəkələrdə  dövlət, xalq ümumilli mənafelərin əleyhinə çağırışlar edir, insanlarda çaşqınlıq yaratmağa çalışırlar. Lakin bu adamların yanıldığını və Azərbaycanın artıq güclü bir dövlət olduğunu, həmin qüvvələrə tutarlı cavablar verildiyini də  qeyd edən millət vəkili hər bir vətəndaşın bu şəxslərə qarşı barışmaz mövqe tutması və dövlətə qarşı çıxan satqınlara zamanında layiqli cavab vermələrinin vacib olduğunu vurğuladı.

Kənd sakinlərindən Vüsal Orucov, Baqi Səlimov, İnqilab Ələkbərov, Aşafatma Əhmədova, Əvəz Əzizov, Cavanşir İbrahimov və Elxan Rəhimov görüşdə çıxış edərək bildirdilər ki, bu gün Azərbaycan sabitlik və təhlükəsizlik məkanıdır və ölkəmiz öz tarixində olmayan bir inkişaf dövrünü yaşayır. Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən bu siyasət xalq tərəfindən dəstəklənir. Sakinlər sabitlik, əmin-amalıq şəriatində yaşadıqları üçün cənab İlham Əliyevə minnətdar olduqlarını və bundan sonra da onun ətrafında sıx şəkildə birləşəcəklərini bəyan etdilər. 

Görüşün sonunda seçiciləri maraqlandıran suallara  millət vəkili Cavid Osmanov tərəfindən cavablar verildi. Şəxsi müraciətləri ilə əlaqədar kənd sakinlərinin bir qrupunu qəbul edən millət vəkili onlarla fərdi söhbət etdi.