Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılması təşkil edildi.

Unikal.org xəbər verir ki, 10 aprel 2019-cu tarixlərində Lökbatan qəsəbəsində Heydər Parkının qarşısında keçirilmiş aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaşlara paylanılmış müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair tövsiyələr verildi.
Daha sonra aksiya iştirakçılarına 4000 ədəd müxtəlif cinsli ağac tingləri paylanıldı.

Təşkil edilmiş aksiyada paylanılmış ağaclar vətəndaşlar tərəfindən çoxmərtəbəli yaşayış binalarının ətrafında, yaşıllıq zolaqlarında əkilməsi planlaşdırılır.