Azərbaycanda səfərdə olan xarici ölkə vətəndaşı ehtiyatsızlıqdan xəsarət alıb.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, hadisə Şəki rayonunda baş verib. Azərbaycana turist kimi gəlmiş İtaliya vətəndaşı, 1940-cı il təvəllüdlü Ancela Perotti Kiş kəndindəki Kiş kilsəsinin ərazisində yıxılıb.

Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada tibbi yardım alandan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.