Gəncə şəhərində yeni doğulmuş  körpə ölüb.

Unikal.org ONA-ya istinadən xəbər verir ki,  hadisə Gəncə Regional Perinatal Mərkəzdə qeydə alınıb. Belə ki, 19 yaşlı Sona Ələkbərova həmin xəstəxanada qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Doğuşdan bir neçə saat sonra körpə dünyasını dəyişib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.