Xaçmaz rayonunda quşçuluq fermasında yanğın olub.

Unikal.org xəbər verir ki, hadisə rayonun Cığatay kəndində qeydə alınıb. Yanğın zamanı 5 mindən çox cücə tələf olub. 

Hadisə nəticəsində fermanın təxminən 200 kvadratmetr hissəsi yanıb. Əraziyə cəlb olunan FHN əməkdaşları yanğının qarşısını alıblar.