Dünyanın en çox izlənilən serialı olan "Game of Thrones"un (Taxtların oyunu) nəhəng qəhrəmanı Mountin futbolçu Kriştian Ronaldonu təhdid edib.
Unikal.org-un xarici mətbuata istinadən verdiyi məlumata görə, "Avro- 2016"da ölkəsi İslandiya ilə qarşılaşacaq Portuqaliyada forma giyən ulduz futbolçuya hədə-qorxu gələn Mountain ləqəbli Tor Björnnson deyib:
"Ronaldo sənin çox yaxşı bir futbolçu olduğunu bilirəm. Ancaq mənim ölkəm İslandiyanın idmançılarına qarşı oynayacağın matçda qol vurma cürətini özündə tapsan və belə addım atsan səni tapacağam və eynən filmdə başqalarına etdiyim kimi sənin başını əzəcəm".
Björnnson yarı zarafat olan bu mesajdan sonra gülməyə başlayıb.
Qeyd edək ki, Portuqaliya və İslandiya sonuncu qrup olan F qrupunda mübarizə aparır. Həmin qrupun digər iki komandası Avstriya və Macarıstandır.