Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun “Hər səhər” verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub.

Unikal.org xəbər verir ki, qadağaya baxmayaraq, dünən Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.