Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçiriblər. 

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, 24 yaşlı  Mirseyid Ağababayev saxlanılıb.  Onun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif plastik qablarda  kultivasiya yolu ilə yetişdirilmiş  10 ədəd çətənə bitkisinin şitillləri  aşkar edilərək götürülüb.

 Faktla bağlı araşdırma aparılır.