Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə mövsümün sonuna qədər "Sabah" komandasının heyətindən kənarlaşdırılıb. 

Unikal.org-un klubun saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi dəfələrlə daxili intizam qaydalarını pozduğu üçün bu addım atılıb. 

Oyunçu yığmanın da şərəfini qoruduğundan verilmiş qərar barədə işgüzar qaydada AFFA da məlumatlandırılıb.