Sumqayıtda 2 nəfərin arasında baş verən mübahisə dava ilə nəticələnib.

Unikal.org Ona-ya istinadən xəbər veri ki, hadisə şəhərin 41-ci məhəlləsində baş verib.

Belə ki, ötən gün Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Bağırov Anar Məcid oğlu və 1990-cı il təvvəllüdlü Abbasov Elçin Məmməd oğlu arasında yaranmış mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Qəzəbi soyumayan A.Bağırov bu gün yenidən bir neçə nəfəri toplayaraq E.Abbasovla görüşüb və söhbətə aydınlıq gətirmək istəyib.
Tərəflər arasında yaranmış əlbəyaxa dava nəticəsində hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Abbasovun zədəsi yüngül olduğundan ambulator müalicəyə buraxılıb. A.Bağırov isə baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.