Sabirabadda uşaq ölümü baş verib.

Unikal.org ONA-ya istinadən xəbər verir ki, İmişli rayonu Qaradonlu kənd sakini, 1982-ci il təvəllüdlü Nəbiyeva Günel Şəmşir qızı hamiləliklə əlaqədar Sabirabad Perinatal Mərkəzə daxil olub. Qadının üzərində qeysəriyyə əməliyyatı aparılıb və əkiz uşaqlar ana bətnindən götürülüb. 31-32 həftəlik körpələr küvəzə yerləşdirilib. Üç gün sonra isə körpələr orada ölüb.

Faktla bağlı araşdırma aparılır.