Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Yaşar Lətifov Kompleks Qazma İşləri Trestinin baş mühəndisi, Qarabağ müharibə veteranı Fazil Ramazanovu işdən azad edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifovun sədrliyi ilə Kompleks Qazma İşləri Trestində müşavirə keçirilib. İclasda tərəflər arasında mübahisə düşüb və bundan sonra Yaşar Lətifov baş mühəndisi vəzifəsindən azad edib. 

Vitse-prezident baş mühəndis vəzifəsinə isə öz yaxın tanışı olan Racu Vəliyevi gətirib.

Orxan Həsənli