Daxili işlər orqanlarında yeni təyinatlar olub.

Unikal.org “Report”a istinadən  xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Cinayət-Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Vüqar Babayev və İctimai Təhlükəsizlik Şöbəsinin (İTŞ) rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov işdən çıxarılıblar.

Müvafiq əmrlərə əsasən Sumqayıt ŞPİ-nin CAŞ rəisi vəzifəsinə Nərimanov Rayon Polis İdarəsinin CAŞ rəisi, polis polkovnik-leytenantı Haqverdi Zeynalov, Sumqayıt İTŞ-nin rəisi vəzifəsinə isə Nərimanov Rayon Polis İdarəsinin (RPİ) rəis müavini, polis polkovniki Nəzər Əsgərov təyin edilib.

Digər əmrə əsasən Binəqədi RPİ CAŞ rəisi, polis polkovnik-leytenantı Niyaməddin Eyvazov Nərimanov RPİ-nin CAŞ rəisi təyin edilib.