“Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib. Hər zaman demişik ki, sülh danışıqları ola bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilsin”. 

Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin müavini Valeh Ələsgərov deyib.

O bildirib ki, Dağlıq Qarabağ probleminin həllində öz marağı olan qüvvələr var: “Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”.