Tovuz rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "VAZ-21011", "VAZ-2107" və "Hyundai" markalı yük maşınları toqquşub. Qəza zamanı yaralananların olduğu bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansityasının həkimləri cəlb olunub. Yaralılar "təcili yardım" maşınları ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.