Samux rayonunda boğazına kəndir dolanan 12 yaşlı yeniyetmə boğularaq ölüb.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.