Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən şadlıq evlərinin birinin yaxınlığında qeydə alınıb.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Araz Fərhad oğlu Əliyev münaqişə zəminində şəhər sakini, 1983-cu il təvəllüdlü Vüsal Zeynalov tərəfindən bıçaqlanıb. A.Əliyev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.