Türkiyə kubokunda yarımfinal mərhələsi başa çatıb.

Unikal.org-un məlumatına görə, cavab oyunları çərçivəsində son qarşılaşma Malatyada keçirilib.

“Qalatasaray” səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Rəqibini 4:1 hesabı ilə darmadağın edən İstanbul təmsilçisi finala yüksəlib.

“Sarı-qırmızılar” Türkiyə kubokunun tarixində 23-cü dəfə həlledici görüşdə oynayacaq. İndiyədək 17 dəfə kuboku başı üzərinə qaldıran “Qalatasaray” son 5 mövsümdə üç dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində yarışın qalibi olub. İstanbul nəhəngi həm finaldakı iştirak, həm də qazanılan titul sayında Türkiyə rekordçusudur.

Qeyd edək ki, mayın 16-da Sivasda keçiriləcək finalda “Qalatasaray” “Akhisar”la üz-üzə gələcək.