26 May 2019
25 May 2019
Sumqayıtda yataqxanada yanğın oldu
Sumqayıtda yataqxanada yanğın oldu HADİSƏ 09:12 2019-04-26

Sumqayıtda yaşayış olmayan yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 700 m² olan birmərtəbəli, taxta konstruksiyalardan ibarət evlərin (əvvəllər məcburi köçkünlərin məskunlaşdığı, hazırda yaşayış olmayan) yanar konstruksiyaları 250 m² sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.