“Formula-1” SOCAR Azərbaycan Qran-Prisində bolidlərinin sıralama turunda ağır qəza baş verib.

Unikal.org xəbər verir ki, “Williams” komandasının pilotu Robert Kubitsa idarəetməni itirərək səkiyə çırplıb.

Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb. Bolid dərhal trekdən evakuasiya edilib.

Xatırladaq ki, dünən “Williams” komandasının digər pilotu Corc Raslın bolidi trekdəki lyuklardan birinə ilişərək sıradan çıxıb.