Bu gün "Avro-2016"da yeni rekord müəyyən edilib.
Unikal.org xəbər verir ki, Avstriyaya qarşı oyunda əsas heyətdə meydana çıxan Macarıstan millisinin qapıçısı Qabor Kiray Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu olub.
40 yaş 74 günlüyündə olan qapıçı bunadək bu göstəricidə rekordçu olan (39 yaş 91 gün) alman Lotar Matteusu geridə qoyub.