İyunun 14-də İstanbul-Toronto reysi ilə uçan, "Türk Hava Yolları"na məxsus "Boing 777" sərnişin təyyarəsində texniki nasazlıq yaranıb.
Unikal.org xəbər verir ki, təyyarə Rumıniyanın hava məkanından geri dönmək məcburiyyətində qalıb.
Türkiyə vaxtı ilə 15.05-də səmaya qalxan hava gəmisi uçuşdan 2 saat 47 dəqiqə sonra İstanbulun Atatürk Hava Limanına məcburi eniş edib.