Bakıda avtomobil oğrusu tutulub.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 16-da rayon ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq etdiyinə və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Z.Həmidov saxlanılmış və ondan 0,178 qram heroin götürülüb.