Sumqayıt istehsal müəssisəsi yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində birmərtəbəli tikilinin (karton istehsalı sexi kimi fəaliyyət göstərir) içərisində karton və kağız tullantıları 500 m² sahədə yanıb. Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.