Xəbər verdiyimiz kimi, "Qalatasaray" klubu öz meydanında "Başakşəhər"lə qarşılaşıb. Qarşılaşma Fatih Terimin komandasının 2:1 hesablı qələbəsilə yekunlaşıb. Bu qələbə sayəsində "Qalatasaray" rəqibini 3 xal üstələyərək növbəti dəfə Türkiyə çempionu olub.  

Unikal.org Tükiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray"ın azarkeşləri hücuma məruz qalıb. 

Bağdat küçəsində  çempionluqlarını bayram edən bəzi "Qalatasaray" tərəfdarlarının əllərindəki bayraq və plakatlar alınıb. Həmin şəxslər tərəfdarlar arasında skandala səbəb olub. Avtotomobillərdəki uşaqlar  böyük qorxu yaşayıb. Polis hadisəylə bağlı 2 nəfəri saxlayıb.