Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl dərdini danış» da növbəti araşdırma tamaşaçılara təqdim edilib.

Unikal.org xəbər verir ki, bu dəfə Şəkidə bir ayın gəlini olan İlahənin həyat hekayəsi yayımlanıb. Qarşı tərəfdən cehizlərini ala bilməyən kasıb qız Amil Xəlildən yardım istəyib. Daha sonra İlahənin anası da onları atıb gedən ailə başçısına yəni sevdiyi ərinə səslənib. Duyğusal anların yaşandığı verilişi sizə təqdim edirik.

Qeyd edək ki, bu gün saat 15:25 də verilişin davamı yayımlanacaq.