20 İyun 2019
19 İyun 2019
Qarqarçay DAŞDI - Çobanlar köməksiz vəzyyətdə qaldı
Qarqarçay DAŞDI -Çobanlar köməksiz vəzyyətdə qaldı HADİSƏ 16:54 2019-05-21

Ağdam rayonunda Qarqarçay çayında daşqın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Qarqarçay çayında suyun səviyyəsi kəskin artıb, nəticədə çayın Ağdam rayonunun Əfətli kəndi ərazisindən keçən hissəsində 2 nəfər (çoban) və təxminən 500 baş xırdabuynuzlu heyvan köməksiz vəziyyətdə qalıb. 

Nazirliyin Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Qarabağ Regional Mərkəzinin və Ağdam Rayon İcra Hakimiyyətinin yerli qüvvələri tərəfindən həyata keçirilən birgə tədbirlər nəticəsində 2 nəfər və heyvanlar xilas olunaraq təhlükəsiz əraziyə təxliyə edilib.