“Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev müsabiqədə ifa etdiyi “Truth” mahnısı ilə ilkə imza atıb.

Unikal.org xəbər verir ki, o, “Itunes Top 100” siyahısına düşən ilk azərbaycanlı müğənni olub.

Belə ki, Mustafayevin mahnısı 4 gün ərzində dünyada ən çox yüklənənlər sırasında 25-ci sıraya yüksəlib.

Qeyd edək ki, Çingiz “Eurovision”da 7-ci yerə çıxıb.